Hava yenidən soyuyacaq
13 Mart 2012 Çərşənbə Axşamı 12:04
Martın 15-dən 18-dək ölkə ərazində qeyri-sabit hava proqnozlaşdırılır.
Martın 14-15-də atmosfer təzyiqinin təzadlı tərəddüdü əksər meteohəssas insanlar üçün əlverişsizdir. Martın 15-dən 18-dək Azərbaycan ərazində hava şəraiti yenidən qeyri-sabit keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın Trend-ə verdiyi məlumata görə, həmin müddətdə fasilələrlə yağıntı olacağı, bəzi yerlərdə sulu qar və qar yağacağı gözlənilir.
Havanın temperaturu bu günlərə nisbətən 4-6 dərəcə aşağı enəcək. Bakı və Abşeron yarımadasında və rayonlarda şimal-qərb küləyi güclənəcək.
Bu gün isə paytaxtda və yarımadada hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturunun gecə 1-3 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında martın 13-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18 dərəcə şaxta olacağı gözlənilir.
DOSTLARINLA PAYLAŞ: