Hava yağışlı keçəcək
17 Aprel 2009 Cümə 15:05
Yaxın günlər ərzində ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə ediləcək.
Aprelin 18-də Bakı və Abşeron yarımadasında hava buludlu olacaq, gecə və səhər bəzi yerlərdə az yağış yağacaq. Şimal-qərb küləyi əsəcək, arabir nisbətən güclənəcək.
Havanın temperaturu gecə 6-8, gündüz 12-15 dərəcə isti olacaq. Aprelin 19-da cənub küləyinin əsməsi ilə əlaqədar temperatur yenidən yüksələcək. Həmin gün Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər saatlarında bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Qərb, cənub-qərb küləyi əsəcək, havanın temperaturu gecə 7-9, gündüz 14-18 dərəcə isti olacaq.
Aprelin 20-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-qərb, şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 7-9, gündüz 12-15 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında aprelin 18-də əsasən gecə və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-10, gündüz 13-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir. Aprelin 19-20-də, əsasən, gecə və axşam saatlarında yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4-9, gündüz 12-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacaq.
DOSTLARINLA PAYLAŞ: