Hava soyuyacaq
09 Sentyabr 2011 Cümə 12:32
Bakıda külək güclənəcək, temperatur tədricən 4-6 dərəcə aşağı enəcək
Həftəsonu ölkə ərazisində dəyişkən buludlu hava şəraiti hökm sürəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakı və Abşeron yarımadasında sentyabrın 10-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 16-21, gündüz 28-33, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22 dərəcə olacaq.
Sentyabrın 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 14-18, gündüz 22-26 dərəcə isti olacağı gözlənilir.
Sentyabrın 10-u səhərdən 11-i gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi, sonrakı günlərdə temperaturun tədricən 4-6 dərəcə aşağı enəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Gecə 15-20, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
Sentyabrın 11-də arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19, gündüz 23-28, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.
DOSTLARINLA PAYLAŞ: