Hava normallaşır
09 Noyabr 2011 Çərşənbə 02:38
Bu gün Bakıda 6-8 dərəcə isti gözlənilir.
Bu gün Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, temperatur gecə 1-3°, gündüz 5-9° isti təşkil edəcək. Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz hava şəraiti gözlənilir. Temperatur gecə 0-5°, gündüz 9-14° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd,Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz olacaq. Temperatur gecə 8-13° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq, bəzi yerlərdə 6° təşkil edəcək.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5°-9° isti olacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı- Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında əsasən yağmursuz, bəzi yerlərdə duman, çiskin olacaq. Temperatur gecə 0-5° isti, gündüz 2-7° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3° şaxtadan 2° -dək isti, yüksək dağlıq ərazilərdə havanın minimal temperatur 17-22° şaxta təşkil edəcək.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz, gecə və axşam bəzi yerlərdə duman gözlənilir. Temperatur gecə 3°-dən şaxtadan 2°-dək isti, gündüz 5-10° isti təşkil edəcək.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman gözlənilir. Temperatur gecə 1-4° isti, gündüz 5-8° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, bəzi yerlərdə 6° isti olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar