Ölkə

Hava meteohəssas insanlar üçün 2 gün əlverişsiz olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

· Xəbərçi
Hava meteohəssas insanlar üçün 2 gün əlverişsiz olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Gündüz arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-2 dərəcə isti, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.

Martın 06-dan 08-dək Abşeron yarımadasında mart ayı üçün səciyyəvi olan dəyişkən hava şəraiti, arabir güclənən şimal və cənub küləklərinin tez-tez bir-birini əvəz etməsi, meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Şərhlər