Hava bu gün qeyri-sabit olacaq
28 Mart 2012 Çərşənbə 06:10
Bakıda yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar gözlənilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə,
Bakıda və Abşeron yarımadasında bu gün buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yağıntılı olacağı, gündüz kəsiləcəyi gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-4 dərəcə isti, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 1-5 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.

Qeyri-sabit hava şəraiti martın 28-i gündüzədək davam edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar