Hakimlər cəzalandırılıb
09 Aprel 2009 Cümə Axşamı 17:55
İşi icraata götürmüş Tahir İsmayılova töhmət, həbs qərarını çıxarmış Abbas Rzayevə isə şiddətli töhmət verilib.

“Təzadlar” qəzetinin baş redaktoru Asif Məmmədovun (Mərzili) barəsində həbs tədbiri seçilməsi barədə qərar çıxarmış hakim cəzalandırılıb. Bu barədə Lent.az-a açıqlamasında A.Məmmədov özü məlumat verib. O bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Qail Məmmədov Yasamal rayon Məhkəməsinin 2 hakiminin cəzalandırılması barədə xüsusi qərar çıxarıb. Qərardada əsasən işi icraata götürmüş Tahir İsmayılova töhmət, həbs qərarını çıxarmış Abbas Rzayevə isə şiddətli töhmət verilib.
“Bakı Apellyasiya Məhkəməsinin bütün heyətinə minnətdarlığımı bildirirəm. Onların qərarı çox ədalətli oldu” – deyə, o bildirib.
Xatırladaq ki, A.Mərzili aprelin 7-də Yasamal rayon Məhkəməsinin qərarı ilə Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148 (təhqir) maddələri ilə qaldırdığı iddia əsasında 1 il müddətinə azadlıqdan məhrum edilmişdi.
“Təzadlar” qəzetinin əməkdaşı jurnalist Zümrüd Məmmədovanın barəsində isə 6 aylıq icbari cəza müəyyənləşdirilmişdi. Bu gün Apellyasiya Məhkəməsinin hakimi Qail Məmmədov onun azadlığa çıxması barədə qərar qəbul edib. Digər jurnalist Zümrüd Məmmədovanın barəsindəki 6 aylıq icbari cəzanın ləğv olunması barədə qərar çıxarıb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar