Hackerlar AZAL şirkətinə 100.000 ziyan vurub
15 May 2009 Cümə 18:45
Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, kompüter informasiyasına qanunsuz daxil olub xarici ölkə vətəndaşlarının kredit kartlarından gizli istifadə edərək, onların bank hesablarından elektron avia-biletlərin dəyərini ödəməklə əldə edilməsi və həmin biletlərin real dəyərindən ucuz qiymətə, nəğd pula müxtəlif şəxslərə satılması və bu pulların talanması ilə məşğul olan Azərbaycan Respublikasının və xarici ölkələrin vətəndaşlarında
Bu barədə APA-ya MTN-in İctimai Əlaqələr Mərkəzindən məlumat verilib. Məlumata görə, müəyyən edilib ki, Azərbaycan vətəndaşları – Şəmsəddin Abdurrəhmanov, Vaqif Mirzəzadə, Tahir Əmirquliyev, Elyar Qocazadə, Nazim Həsənov, Əhliman Məmmədov, Murad Mahmudov, Nigeriya Federativ Respublikasının vətəndaşı Mutiu Olovu və qeyriləri, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan xaricdə yaşayan əcnəbilər mütəşəkkil dəstənin tərkibində, «Azərbaycan Hava Yolları» QSC-nin rəsmi www.azal.az İnternet səhifəsinə, yəni qanunla qorunan kompüter informasiyasına qeyri-qanuni daxil olub, ABŞ və digər xarici ölkə vətəndaşlarına məxsus kredit kartlarından qanunsuz istifadə ediblər. Məlum olub ki, cinayətkar dəstənin üzvləri həmin xarici vətəndaşların kredit kartlarındakı hesablarından gizli olaraq İnternetlə pul ödənişləri aparıb müxtəlif marşrutlar üzrə dəyərini ödəməklə elektron aviabiletlər əldə edib və bu biletləri real dəyərindən ucuz qiymətə, nağd pula digər şəxslərə satmış və əldə etdikləri pulları talayıblar. İstintaqla müəyyənləşdirilib ki, göstərilən hüquqazidd əməllər, yəni «Azərbaycan Hava Yolları» QSC-nin qanunla qorunan kompüter informasiyasına qanunsuz müdaxilə şirkətin işinin pozulmasına səbəb olmuş və bunun nəticəsində şirkətə 100 min manata yaxın zərər vurulub.
Faktla bağlı MTN-in İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.1-ci və 271.2.3-cü, (mütəşəkkil dəstə tərəfindən kompüter informasiyasına qanunsuz daxil olma ilə külli miqdarda ziyan vurma), 177.3.1-ci və 177.3.2-ci (mütəşəkkil dəstə tərəfindən özgənin külli miqdar əmlakını gizli talama) maddələri ilə cinayət işi başlanılıb. Şəmsəddin Abdurrəhmanov, Vaqif Mirzəzadə, Tahir Əmirquliyev, Elyar Qocazadə, Nazim Həsənov, Əhliman Məmmədov, Murad Mahmudov, Mutiu Olovu təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyən olunması üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: