Ölkə

Goranboyun döyüş bölgəsinə yaxın kəndində məktəb binası təmir edilir

Məktəb yaxın günlərdə istifadəyə veriləcək.

· Xəbərçi
Goranboyun döyüş bölgəsinə yaxın kəndində məktəb binası təmir edilir
Goranboyun düşmənlə təmas xəttinə yaxın olan Tapqaraqoyunlu kəndindəki orta məktəbdə aparılan əsaslı təmir işləri başa çatmaq üzrədir. Rayon təhsil şöbəsinin müdiri İlham Hüseynovun AzərTAc-a verdiyi məlumata görə, ikimərtəbəli təhsil ocağında demək olar ki, bütün infrastruktur yenidən qurulub, əvvəllər mövcud 16 sinif otağından əlavə bir neçə yardımçı bina, o cümlədən qazanxana, elektrik yarımstansiyası, ehtiyat su anbarı və s. inşa edilib.

Yaxın günlərdə istifadəyə veriləcək məktəb binası lazımi bütün inventarlarla da təmin edilib.

Şərhlər