Gənclər və idman naziri Küveytə səfər edib
19 Aprel 2012 Cümə Axşamı 10:53
Azad Rəhimovun səfəri 22 aprelədək davam edəcək
Gənclər və İdman naziri Azad Rəhimov Küveyt Dövlətinin Gənclər və İdman üzrə Baş Komitəsinin baş direktoru Feysəl Müsaid Əl-Cəzzafın rəsmi dəvəti bu ölkəyə səfərə yollanıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səfər çərçivəsində 16 aprel 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında idman və gənclər sahələrində əməkdaşlıq haqqında” Sazişin müddəalarına uyğun olaraq iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub. Səfər 22 aprel tarixinədək davam edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar