Gənclər terror əleyhinə
31 Mart 2009 Çərşənbə Axşamı 15:35
15 mindən artıq elektron poçt ünvanına soyqırıma dair məlumatlar göndəriləcək

 

Gənclər və İdman Nazirliyi, gənclər təşkilatı, ali və orta ixtisas təhsil müəssisələrinin təşəbbüsü ilə 31 mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar olaraq, «Gənclər terror əleyhinə» adlı internet aksiya start götürüb. Gənclər və idman naziri Azad Rəhimovun sözlərinə görə, 15 mindən artıq elektron poçt ünvanına 1918-ci il martın 31-də ermənilərin Azərbaycanlılara qarşı törətdiyi soyqırıma dair məlumatlar göndəriləcək. İlk elektron məktubu gənclər və idman naziri Azad Rəhimov özü göndərib. «Bu məlumatlar dünyada tanınmış siyasi təşkilatlara, parlamentlərə, səfirliklərə, müxtəlif şirkətlərə və məşhur insanlara göndərilir. Bu məktubun göndərilməsinin əhəmiyyəti böyükdür», deyə A. Rəhimov qeyd edib.

Nazir bildirib ki, bu iş artıq üç ildən artıqdır ki, davam edir və Azərbaycan həqiqətləri bütün dünyaya çatdırılır. Azad Rəhimov yeni ideyalar və təşəbbüslərlə bu işlərin davam etdiriləcəyini vurğulayıb.
Qeyd edək ki, aksiya aprelin 24-nə kimi davam edəcək./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar