Gəncənin dağlıq qəsəbəsinə təbii qaz verildi
24 Dekabr 2011 Şənbə 03:16
1800 nəfər əhalisi olan qəsəbədə qazın verilişi üçün 1700 metrdən artıq yeni qaz xətti çəkilib.
Gəncənin Hacıkənd qəsəbəsinə təbii qaz verilib. 165 fərdi təsərrüfatı və 1800 nəfər əhalisi olan qəsəbədə qazın verilişi üçün 1700 metrdən artıq yeni qaz xətti çəkilib. İndiyədək 30 mənzilə sayğac quraşdırılıb.
AzərTAc-ın məlumatına görə, mavi yanacağın verilməsi yerli əhali ilə bərabər, burada məskunlaşan Kəlbəcər, Xocalı, Şuşa, Laçın və Ağdam rayonlarından olan məcburi köçkün ailələrinin də böyük sevinçinə səbəb olub. Onlar bu xeyirxah işin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər. Sonra qəsəbəyə qazın verilməsi ilə əlaqədar məşəl alovlandırılıb, evlərdə qazın təzyiqi yoxlanılıb.
Açılış mərasimindən sonra qəsəbədə yerli və məcburi köçkün ailələri üçün açıq mikrofon təşkil edilib. Görüşdə sakinlərin bir sıra problemlərinin həlli ilə bağlı aidiyyəti idarə və təşkilatların rəhbərlərinə tapşırıqlar verilib.
DOSTLARINLA PAYLAŞ: