Gəncədəki XVII əsr abidəsi olan Şah Abbas came məscidinin həyətində əsaslı təmir işlərinə başlanılıb. 2008-ci ildə Heydər Əliyev fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə təmir edilən məscidin həyətinə indi mərmər örtük döşənir, fəvvarə yenidən qurulur, dindarların istifadəsi üçün yeni bulaqlar inşa edilir.
Təmir işlərinin ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.
Gəncədəki tarixi Şah Abbas məscidi təmir olunur
2008-ci ildə təmir edilən məscidin həyətinə mərmər örtük döşənir.




Şərhlər