Gəncədəki İmamzadə kompleksinin bərpasına 2 milyon manat ayrılıb
30 Dekabr 2011 Cümə 19:32
Gəncədəki İmamzadə kompleksinin bərpasına 2 milyon manat ayrılıb. Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Prezident İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksinin bərpası ilə əlaqədar işlərin sürətləndirilməsi haqqında sərəncam imzalayıb. ANS PRESS-in AzıərTAc-a istinadən yaydığı məlumata görə, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən “İmamzadə” kompleksinin bərpası ilə əlaqədar işlərin sürətləndirilməsi məqsədi ilə Prezidentin Ehtiyat Fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşmənin müəyyən olunmuş qaydada təmin etməsi, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar