Gəncədə Heydər Əliyev Mərkəzinin inşasına başlanılıb
11 Sentyabr 2011 Bazar 04:53
Ölkənin ikinci şəhərinin mərkəzi meydanı yenidən qurulacaq.
Gəncədə daha bir böyük obyektdə - Heydər Əliyevin adını daşıyan və ərazisi 359 hektar olan parkın yenidən qurulmasına və burada Heydər Əliyev Mərkəzinin inşasına başlanılıb. AzərTAc-ın məlumatına görə, inşaat işlərinin başlanması ilə əlaqədar keçirilən mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev deyib ki, ilkin olaraq parkın 155 hektarında yenidənqurma işləri aparılacaq. Parkın girəcəyində müasir formada giriş qapısı (zəfər tağı), giriş qapısından sonra isə 66 metr uzunluğunda xiyaban salınacaq. Xiyabanın sağ və sol tərəfində sıralanmış palma ağacları arasında isə 32 fəvvarə quraşdırılacaq. Bundan başqa, parkda ərazisi 6 min kvadratmetr olan Heydər Əliyev Mərkəzi tikiləcək. Üçmərtəbəli bu mərkəzin ətrafında istirahət guşələri, şəhər tədbirlərinin keçirilməsi üçün 3 min nəfərlik amfiteatr, həmçinin Heydər Əliyev Muzeyi inşa ediləcək.
Parkın yenidən qurulmasını layihələşdirən “Global Construetion” şirkətinin mütəxəssisləri obyektin2013-cü ildə istifadəyə verilməsi işlərinə nəzarət edəcəklər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: