Şəhərin mərkəzi meydandakı musiqili fəvvarə kompleksi isə tamamilə yenidən qurulur
Qədim Gəncə başdan-başa yenidən qurulur. Bu yerlərdə görülən genişmiqyaslı abadlıq və quruculuq işlərinin min yönü, min bir istiqaməti var.
Yeni yaranan meydanlarda, bağlarda və parklarda bir-birindən yaraşıqlı fəvvarələr diqqəti cəlb edir. Gəncə fəvvarələri öz memarlıq üslubuna, düzümünə görə xüsusilə fərqlənir, günü-gündən gözəlləşən şəhərə yeni görkəm gətirir.
Şah Abbas məscidinin yanında qurulan 2 fəvvarədə işlər başa çatmaq üzrədir. Heydər Əliyev Muzeyinin yanındakı fəvvarədə də qızğın iş gedir. Mərkəzi meydandakı musiqili fəvvarə kompleksi isə tamamilə yenidən qurulur.
Yaxın vaxtlarda şəhərin müxtəlif guşələrində daha 6 fəvvarənin inşa edilməsi nəzərdə tutulub. Əzəmətli Gəncə çinarları ilə “yarışa girən” müasir görkəmli fəvvarələr bu yerlərə yeni gözəllik, yeni sərinlik, yeni yaraşıq gətirir.