Gələn həftə Auditorlar Palatası Şurasının iclası keçiriləcək
12 Noyabr 2011 Şənbə 20:01
İclasda 2012-2014-cü illər üçün Palatanın iş planının hazırlanması məsələləri müzakirə olunacaq.
Gələn həftə, noyabrın 14-də Azərbaycan Auditorlar Palatası Şurasının iclası keçiriləcək. Palatanın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, iclasda Korporativ və ictimai sektorun Hesabatlılıq Layihəsi (CAPSAP) ilə bağlı tədbirlərin həyata keçirilməsi, sərbəst auditorların və auditor təşkilatlarının 2011-ci ilin I yarımilliyi üzrə təqdim edilmiş hesabatlarının təhlili və müvafiq icmalın hazırlanması, struktur bölmələrinin fəaliyyəti barədə rüblük hesabatlarının araşdırılmasının nəticələri və 2012-2014-cü illər üçün Auditorlar Palatasının iş planının hazırlanması məsələləri müzakirə olunacaq.
İclasda həmçinin xarici ölkələrin audit təşkilatları ilə əməkdaşlıq üzrə saziş layihələrinin hazırlanması və imzalanması ilə bağlı təşkilati tədbirlərin həyata keçirilməsi, həmçinin sərbəst auditor Tariyel Aslan oğlu Talıbovun 01.10.2010-cu il tarixdən 01.09.2011-ci il tarixədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasının nəticələri də əsas müzakirə obyekti olacaq.
DOSTLARINLA PAYLAŞ: