Gecə Bakıda -5 -7° şaxta olacaq
06 Fevral 2012 Bazar Ertəsi 21:32
Gecə Bakıda -5-7° şaxta olacaq. Sabah paytaxt və Abşeron yarımadasında zəif qar yağacağı gözlənilir.
Sabah Bakıda və Abşeron yarımadasında səhər və axşam bəzi yerlərdə zəif qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda gecə -5-7°, gündüz +1+3°, Abşeron yarımadasında isə gecə -4-8° şaxta, gündüz +1+3° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 774 millimetr civə sütunundan 771 millimetr civə sütununa enəcək, nisbi rütubət 80-90 faiz olacaqdır. Yollar buz bağlayacaq.

Naxçıvan Muxtar Respublikasında əsasən axşam saatlarında zəif qar yağacağı gözlənilir, bəzi yerlərdə duman olacaq. Temperatur gecə 13-18° şaxta, gündüz 1° şaxtadan müsbət 4°-dək isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarında fasilələrlə zəif qar yağacağı gözlənilir, bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında əsasən axşam və gecə zəif qar yağacağı gözlənilir, bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında fasilələrlə qar yağacağı gözlənilir, arabir duman olacaq. Temperatur gecə 7-12° şaxta, gündüz 0-5° şaxta, dağlarda gecə 15-20° şaxta, gündüz 5-8° şaxta olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən axşam və gecə zəif qar yağacağı gözlənilir, bəzi yerlərdə duman olacaq. Temperatur gecə 0-4° şaxta, gündüz 2-5° isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında fasilələrlə qar yağacağı gözlənilir, dağlarda duman olacaq. Temperaturun gecə 2-5° şaxta, gündüz 0-3° şaxta, dağlarda gecə 11-16° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar