Filarmoniya çatladı
28 Sentyabr 2011 Çərşənbə 15:45
Yeni əngəllər ortaya çıxıb.
Azərbaycan Dövlət Filarmoniyasının filarmoniyanın binasında çatlar əmələ gəlib. ANS TV-nin məlumatına görə, filarmoniyada sonuncu dəfə ötən il əsaslı təmir işləri aparılıb və açılış olub. Bununla da bu binada təmir işlərinə nöqtə qoyulub. Amma deyəsən, yeni əngəllər ortaya çıxıb.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının binasından bu gün təkcə musiqi səsi gəlmirdi. Görülən təmir işlərinin səsi də ətrafdan keçənləri ayaq saxlamağa məcbur edirdi. Təmirə səbəb isə gözlə görülən iri çatlar idi. Əslində musiqi ocağının binasında divar boyu xüsusi dəmir konstruksiyalar da görünür bu zərurətdən quraşdırılmışdı.

Filarmoniya binasının yerləşdiyi ərazi relyefcə maili olduğundan belə çatlar ilk dəfə deyil ki, müşahidə olunur. Elə binanın tez-tez təmirə dayanması da təsadüfi deyil. Paytaxt sakinləri yaxşı xatırlayır ki, ötən ilin 90-cı illərinin sonlarından ta 2004-cü ilə qədər filarmoniya təmirə dayanıb. 2004-cü ildə istifadəyə veriləndən sonra da ayrı-ayrı vaxtlarda binada cari təmir işləri gedib. Görünür, bu gün də təmir işlərinə ehtiyac yaranıb.

Çatlar binanın xüsusilə ilk qatında müşahidə olunsa da, üst mərtəbədə də gözlə görünən yarıqlar var. Bir məqamı da xatırlatmaq yerinə düşər ki, sonuncu təmir işləri aparılanda filarmoniya binasının bünövrəsininin su içində olduğuna diqqət çəkən mütəxəssislər belə bir təhlükənin hər zaman təkrarlana biləcəyini istisna etməmişdilər.

Filarmoniyadan isə öyrəndik ki, binanın divarındakı çatlar sadəcə suvaq çatlarıdır. Yəni binanın özülündə heç bir problem yoxdur. Çatlar əmələ gələndən sonra da təmir işlərinə start verilib. Hələlik təmir işləri binanın fasad hissəsində aparılır. Filarmoniyanın içərisində isə təmirə ehtiyac yoxdur.

Xatırladaq ki, neçt milyonçusu Musa Nağıyevin 1910-cu ildə inşa etdirdiyi ictimai toplantılar üçün yay binası sonradan böyük konsertlərin verildiyi məkana çevrilib. 1936-cı il may ayının 25-də dövlət filarmoniyası yaranıb. 1937-ci ildə flarmoniyaya Azərbaycan bəstəkarı Müslüm Maqomayevin adı verilib. 1996-cı ildən 2004-cü ilə qədər filarmoniyada yenidənqurma və təmir işləri aparılıb. Musiqi ocağının son dəfə kamera və orqan musiqisi zalında əsaslı təmir və bərpa işləri görülüb və 2010-cu il dekabrında açılışı olub.

Az sonra filarmoniyadakı çatlarla bağlı fotolar yüklənəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar