FHN:Yolda qalan çox sayda avtomobilin hərəkəti bərpa edilib
03 Fevral 2012 Cümə 10:02
Nazirliyin qüvvələri avtomobillərin hərəkətinin təmin etmək üçün müvafiq tədbirlər həyata keçirib.
Ötən gün Bakıda və Abşeron yarımadasında müşahidə edilən qarlı, çovğunlu hava şəraiti çox sayda avtomobilin yolda qalmasına səbəb olub. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, zxşam saatlarında Bakı şəhərinin Müşfiq qəsəbəsi yaxınlığında və aeroportdan Əzizbəyov dairəsi istiqamətində çox sayda avtomobilin qarlı hava şəraiti ilə bağlı yolda qalması barədə məlumat daxil olub. Dərhal qeyd edilən ərazilərə cəlb edilən FHN-nin texlika və qüvvələri yolda qalmış avtomobillərin hərəkətinin təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirib. Nəticədə həmin yollarda avtomobillərin hərəkəti bərpa edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar