Fevralın 29-da ölkədə rekord isti qeydə alınıb
01 Mart 2012 Cümə Axşamı 14:17
Sabah havanın yağıntılı olacağı gözlənilir
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturu gecə 0-2 dərəcə isti, gündüz 3-6 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında martda 2-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 8-13 dərəcə şaxta təşkil edəcək.

Milli Hidrometeoloji Departamentinin məlumatı: fevral ayının 29-da Bakıda çoxillik meteoroloji müşahidələrə görə həmin günə olan sutkalıq rekord göstərici (2008-ci il) təkrarlanıb, havanın maksimal temperaturu 16 dərəcə isti təşkil edib, orta sutkalıq temperatur isə iqlim normasından 6 dərəcə yüksək olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar