Eurovision 2012 promo-video çarxlarının çəkilişləri üçün kastinqlər keçiriləcək
03 Yanvar 2012 Çərşənbə Axşamı 20:49
Kastinqlər “Eurovision-2012” işçi qrupunun rəhbərliyi altında baş tutacaq.
Bakıda keçiriləcək “Eurovision-2012” mahnı yarışması ilə bağlı promo-video çarxlarının çəkilişləri üçün kastinqlər keçiriləcək. Kastinqlər ötən həftələrdə “Eurovision-2012”nin işçi qrupu tərəfindən verilən elanın davamıdır. Kastinqlərin yanvarın 6-da, saat 10-dan 20-yə kimi davam edəcəyi qərara alınıb. Kastinqlər “Eurovision-2012” işçi qrupunun rəhbərliyi altında baş tutacaq.

Qeyd edək ki, ötən həftələrdə “Eurovision-2012” müsabiqəsinin işçi qrupu bu prosesinin həyata keçirilməsi ilə əlaqədar əhali arasında aşağıdakı məzmunda elan yayıb: “Azərbaycanı “Eurovision” Mahnı Müsabiqəsinin promo-video çarxlarında təmsil etmək istəyirsən?! Elə isə şəkil və özün haqda məlumatı bizə göndər! Yaş həddi yoxdur! Biz məhz səni axtarırıq! Bəli, bəli, SƏNİ!!!”

Müraciətləri göndərmək üçün elektron ünvan və telefon nömrələri də göstərilib. Bununla bağlı “Eurovision Song Contes Baku-2012”nin “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsindən məlumat almaq mümkündür.


DOSTLARINLA PAYLAŞ:

oyunlar