Bu gün Avroviziya fan klubu və "Moto Baku" klubu moto yürüş təşkil edib. 20-dən çox motosikletin qatıldığı yürüşün əsas məqsədi "Eurovision" yarışmasının əhəmiyyətini göstərmək və müsabiqəyə marağı artırmaq olub. Yürüşə saat 11:00-da Qoşa Qala qapısında start verilib. Yürüş iştirakçıları motosikletlərinə bərkidilmiş "Eurovision" və Azərbaycan bayraqları ilə paytaxtın əsas küçələri ilə hərəkət ediblər. Yürüşün sonuncu dayanacağı isə Hava limanı olub.
Eurovision 2012 ilə bağlı moto-yürüş keçirilib
Bakıda Eurovision 2012 ilə bağlı moto-yürüş keçirilib. Yürüşə saat 11.00da Qoşa Qala qapısında start verilib.




Şərhlər