Ölkə

Ətin qiymətində süni artım qeydə alınmayıb

Nazirlik tərəfindən aparılan monitorinqlərin nəticələri açıqlanıb.

· Xəbərçi
Ətin qiymətində süni artım qeydə alınmayıb
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı son vaxtlar ətin qiymətində müəyyən artım müşahidə olunur. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bununla belə, ət satışı məntəqələrində mütəmadi aparılan monitorinqlərdə ətin qiymətində süni artımı halları qeydə alınmayıb.

Araşdırmalar göstərir ki, ətin qiymətindəki artım yem və yem komponentlərinin qiymətinin artması, habelə mal-qaranın idxal olunduğu qonşu ölkələrdə ətin bahalaşması ilə əlaqədardır. ANSPRESS

Şərhlər