Ölkə

Əsgər xidməti silah götürərək hərbi hissəni özbaşına tərk etdi

Hadisə Goranboy rayonunda baş verib.

· Xəbərçi
Əsgər xidməti silah götürərək hərbi hissəni özbaşına tərk etdi
Azərbaycan Ordusunun əsgəri xidməti silahını götürərək hərbi hissəni özbaşına tərk edib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Müdafiə Nazirliyinin Goranboy rayonundakı “N” saylı hərbi hissədə qeydə alınıb.

1993-ci il təvəllüdlü əsgər İbrahimov Xudakərim Mirsaleh oğlu xidməti silahını da götürərək hərbi hissəni tərk edib. Məlumata görə, hadisədən dərhal sonra əməliyyat qrupu yaradılıb. Hazırda onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, Əsgər İbrahimov 2012-ci ilin yanvar ayında Lerik Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Şərhlər