Ermənistan yenidən atəşkəsi pozub
16 Sentyabr 2011 Cümə 10:05
Milli Ordu cavab atəşi açmaq məcburiyyətində qalıb
Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 15-də saat 20.50-dən 21.25-dək Ermənistanın Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqelərimizi, saat 10.50-dən 11.05-dək, 11.00-dan 11.10-dək və 22.50-dən 22.54-dək Füzuli rayonunun Horadiz və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
DOSTLARINLA PAYLAŞ: