Ölkə

Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin zabitini yaralayıb

Milli Ordunun leytenantı atəşkəsin pozulması nəticəsində düşmən gülləsinə tuş gəlib.

· Xəbərçi
Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin zabitini yaralayıb
Ötən gün Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun zabiti yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, ermənilərin Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında atəşkəsi pozması nəticəsində Milli Ordunun leytenantı, 1988-ci il təvəllüdlü Pərvin Şahin oğlu Əliyev yaralanıb.

Qeyd edək ki, hazırda yaralı əsgər həkim nəzarəti altındadır.

Şərhlər