Ölkə

Ermənilər Azərbaycan əsgərini yaralayıb

Qarşı tərəf tərəfi itki verib, yaralananlar var

· Xəbərçi
Ermənilər Azərbaycan əsgərini yaralayıb
Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan əsgəri yaralanıb. APA-nın məlumatına görə, hadisə cəbhənin Füzuli istiqamətində qeyd alınıb. Milli Ordunun əsgəri, 18 yaşlı Ayxan Nizami oğlu Mustafayev döyüş postunda olarkən qarşı tərəf gülləsinə tuş gəlib. Nəticədə ağır güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu APA-ya açıqlamasında faktı təsdiqləyib. E. Sabiroğlu bildirib ki, atəşkəsin pozulması nəticəsində atışma olub: “Nəticədə bizim bir əsgərimiz yaralanıb, qarşı tərəfdən isə bir nəfərin öldüyü və bir neçə nəfərin yaralanması barədə məlumatlar var”.

Qeyd edək ki, A. Mustafayev bu ilin yanvarında Goranboy Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Şərhlər