Ermənilər atəşkəs rejimini pozub
18 Mart 2009 Çərşənbə 09:50
Bütün hallarda düşmən cavab atəşilə susdurulub, itki yoxdur

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 17-də saat 16.40-dan 17.35-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonunun Çinarlı kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini, saat 13.30-dan 13.45-dək və 22.40-dan 22.45-dək Füzuli rayonunun Aşağı Veysəlli və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 22.40-dan 22.45-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANSPRESS-ə verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşilə susdurulub. İtki yoxdur./ANSPRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar