Müəllif Hüquqları Agentliyi aprelin 22-də “Azərbaycan folklorunun və ənənəvi biliklərin qorunması: erməni plagiatçılığı” mövzusunda elmi-praktiki konfrans keçirəcək. İçərişəhərdə Muğam teatrında keçiriləcək tədbirdə qurumun sədri Kamran İmanovun eyniadlı məruzəsi ilə yanaşı, AMEA-nın müxbir üzvü Məşədixanım Nemətovanın, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elm və mədəniyyət mərkəzinin direktoru Vəfa Quliyevanın, AMEA Folklor İnstitutunun şöbə müdiri İsrafil Abbasovun da məruzələri dinləniləcək./AzərTAc/