Erməni ekstrasens həbs edilib
30 Mart 2009 Bazar Ertəsi 17:45
Azərbaycanın Sumqayıt şəhərində xəstə oğlan uşağını sağaltmaq adı ilə onun valideynlərinin külli miqdarda pulunu mənimsəyən erməni əsilli ekstrasens həbs edilib.
Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1961-ci il təvəllüdlü Raya Vanya qızı Məmmədova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinir.

Məlumata görə, Raya Məmmədova özünü ekstrasens kimi təqdim edərək, 2008-ci ildən Sumqayıt şəhər sakini, 19 yaşlı Eltac Elman oğlu Osmanlını müalicə edib. Müalicəyə başlayan gündən xəstənin valideynlərindən 5500 manat alan R. Məmmədova E. Osmanlını qısa vaxtda sağaldacağına söz verib. Lakin bir ildən artıq vaxtın keçməsinə baxmayaraq, övladlarının səhhətinin normallaşmadığını görən 19 yaşlı gəncin valideynləri ekstrasenslə bağlı Sumqayıt şəhər Polis İdarəsinə şikayət ediblər. Polisin daxil olan şikayət əsasında həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində R. Məmmədova tutularaq məsuliyyətə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb və istintaq tədbirləri davam etdirilir.

Raya Məmmədovanın erməni əsilli Bakı sakini olduğu bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar