Əməkdar jurnalist Mailə Muradxanlının 71 yaşı tamam olur
22 Oktyabr 2011 Şənbə 11:33
Xanım Muradxanlı rus dilindən Azərbaycan dilinə tərcümə olunmuş yüzdən artıq filmin sinxron mətninin müəllifidir.
Bu gün Əməkdar jurnalist Mailə Muradxanlının 71 yaşı tamam olur. 1940-cı il oktyabrın 22-də Salyan şəhərində müəllim ailəsində anadan olan Muradxanlı filologiya fakültəsinin jurnalistika ixtisasında təhsil alıb. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində bir çox redaksiyalarda rəhbər vəzifələrdə çalışıb. "Azərbaycan" və "Azərbaycan qadını" jurnallarında, "Kommunist", "Ədəbiyyat və incəsənət" qəzetlərində müntəzəm yazılar yazıb.

Onun "Qınamayın məni" pyesi Sumqayıtda tamaşaya qoyulub. Ruscadan Azərbaycan dilinə tərcümə olunmuş yüzdən artıq filmin sinxron mətninin müəllifidir.

O, 1946-cı ildə ailəsi ilə birgə Bakıya köçüb. Burada Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbi bitirib. ADU-nun filologiya fakültəsinin jurnalistika bölməsində təhsilini davam etdirən Muradxanlı əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində radionun uşaq verilişləri şöbəsinin kiçik redaktoru kimi başlayıb. Daha sonra redaktor, ədəbi dram verilişləri baş redaksiyasında, incəsənət və bədii ədəbiyyat şöbələrində müdir, ədəbi-dram verilişləri baş redaksiyasında baş redaktor vəzifələrində çalışıb.

Ədəbi aləmə Sovet və xarici ölkə yazıçılarından doğma dilə etdiyi tərcümələri və dövri mətbuatda çıxan oçerkləri ilə daxil olub. Tərcümə etdiyi Əhməd-Əbubəkrin "Dulusçunun hekayəti", Orxan Kamalın "Yad qızı", A.Koşutanın "Vətənə dönmək istəyirəm", Bernard Şounun "Sezar və Kleopatra", Evripidin "İfigeniyalı Avlitdə", Brextin "Kurja ana və ya sərbəst qadın" pyesləri respublikanın dram teatrlarında tamaşaya qoyulub. Rus dilindən Azərbaycan dilinə tərcümə olunmuş yüzdən artıq filmin sinxron mətninin müəllifidir. Azərbaycan Mədəniyyət Nazirliyinin ilə bir neçə pyesi Azərbaycan dilinə çevirib. Azərbaycan radiosunda "Sənətkarlar öz qəhrəmanların arasında" silsilə verilişlərin və həftəlik əyləncəli "Sabahınız xeyir" proqramının ssenari müəllifi olub.

Mailə Muradxanlı bir müddət “ANS” şirkətlər qrupunun nəzdində fəaliyyət göstərən "Bakıfilm" kinostudiyasının baş redaktoru və ANS TV-də "Zərif çərşənbə" verlişinin aparıcısı vəzifələrində də işləyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar