Əmək pensiyaçılarının 389 954 nəfəri ahıl vətəndaşlardır
01 Oktyabr 2011 Şənbə 16:33
Onlardan 156 684 nəfəri kişi, 233 270 nəfəri isə qadındır.
Bu gün 1 oktyabr - Beynəlxalq Ahıllar Günüdür. 30.09.2011-ci il tarixə olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyaçılarının 389 954 nəfəri ahıl vətəndaşlardır. Onlardan 156 684 nəfəri kişi, 233 270 nəfəri isə qadındır.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan ANS PRESS-ə verilən məlumata görə, BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul edib və həmin Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Azərbaycan dövləti tərəfindən ahıllara həmişə xüsusi diqqət və qayğı göstərilir.
Hazırda ahıl pensiyaçıların 294 778 nəfəri 70-80 yaş arası, 85 237 nəfəri 80-90 yaş arası, 9939 nəfəri 90-dan artıq yaşı olan vətəndaşlardır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: