Elşad Xoseyə 6 aylıq cəza verildi
26 Dekabr 2011 Bazar Ertəsi 17:47
Məhəkəmənin qərarına əsasən, reperin məvacibinin 20 faizi tutulacaq.
Bu gün reper Elşad Xoseyə hökm oxunub. Yasamal Rayon Məhkəməsinin hakimi Tahir İsmayılovun köməkçisi Səbinə İsmayılovanın ANS PRESS-ə verdiyi məlumata görə, bu gün Yasamal Rayon Məhkəməsində ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin reper Elşad Xoseyə qarşı qaldırdığı iddiaya baxılıb. Məhkəmənin qərarına əsasən, reper məvacibinin 20 faizi tutulmaq şərtilə, 6 ay müddətinə islah işlərinə cəlb ediləcək.
Xatırladaq ki, M. Ağayev reperin xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsilə cəzalandırılması tələbi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmişdi. Müraciətdə Elşad Xosenin onun şərəf və ləyaqətini alçaldan ifadələr işlətməsini əsas gətirərək məhkəmədən tədbir görməsini xahiş etmişdi.
DOSTLARINLA PAYLAŞ: