Oğuz və Qəbələdə elektrik enerjisi istehlakçılarının sayğac uçot komplektində pozuntu faktları aşkar edilib. Cari ilin birinci rübündə keçirilmiş reydlər nəticəsində Oğuz Elektrik Şəbəkəsi (EŞ) müəssisəsində 46, Qəbələ EŞ müəssisəsində 72 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkarlanıb. “Azərenerji” ASC-dən AzərTAc-a verilən məlumata görə, Oğuz EŞ müəssisəsi üzrə 1 milyon 890,9 min kilovat-saatdan artıq, Qəbələ EŞ müəssisəsi üzrə isə 323,9 min kilovat-saatdan çox itirilmiş elektrik enerjisi bərpa olunub.
Elektrik sayğaclarına 118 müdaxilə faktı aşkarlanıb
İki bölgə üzrə 2 milyondan çox itirilmiş elektrik enerjisi isə bərpa olunub.




Şərhlər