Eldar və Nigar İstanbulda xüsusi mükafatla təltif olunublar
11 Aprel 2012 Çərşənbə 13:20
"Eurovision 2011" birinciləri gecədə "Running Scared" mahnısını ifa ediblər
Türkiyənin İstanbul şəhərində təşkil olunan 15-ci Avrasiya İqtisadi Sammitinin moda və sənət dünyasının məşhur şəxslərinin defilə və konsertində Eurovision Mahnı Müsabiqəsi 2011-in qalibləri Eldar Qasımov və Nigar Camal da iştirak ediblər. Eurovision.az saytının İstanbuldakı müxbirinin verdiyi məlumata görə, bir çox ölkədən dövlət və hökumət başçılarının, ictimai xadimlərin qatıldığı gecədə təmsilçilərimiz Azərbaycana birincilik qazandıran "Running Scared" mahnısını ifa ediblər. Tədbirdə Eldar və Nigar Mərmərə vəqfi adından xüsusi mükafata layiq görülüblər.






DOSTLARINLA PAYLAŞ:

oyunlar