Ölkə

Elçin Q. Türkiyə jandarma komandanı ilə görüşüb

Görüşdə sərhəd təhlükəsizliyi sahəsində aparılan islahatlar, eləcə də Ermənistan Azərbaycana təcavüzünün nəticələri barədə məlumat verilib

· Xəbərçi
Elçin Q. Türkiyə jandarma komandanı ilə görüşüb

Azərbaycanda səfərdə olan Türkiyənin jandarma qüvvələrinin komandanı, ordu generalı Atilla İşıkın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə görüşüb. Görüşlərdə dövlət sərhədlərindəki mövcud vəziyyət, Dövlət Sərhəd Xidmətinin təyinatı, hüquq və vəzifələri, qarşıya qoyulmuş tapşırıqlar, sərhəd təhlükəsizliyi sahəsində aparılan islahatlar eləcə də Ermənistanın Azərbaycana təcavüzünün nəticələri barədə türkiyəli qonağa məlumat verilib.
Danışıqlarda həmçinin ikitərəfli münasibətlərin inkişaf səviyyəsi yüksək qiymətləndirilib. Tərəflər arasında Azərbaycan və Türkiyənin dövlət sərhədlərində vəziyyət haqqında məlumat mübadiləsinin həyata keçirilməsi məsələsinə baxılıb. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində sərhəd təhlükəsizliyi sahəsində Azərbaycan-Türkiyə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi vurğulanıb. /ANS TV/

Şərhlər