Ölkə

Ədliyyə naziri Norveçə səfər edəcək

Fikrət Məmmədov Avropa ölkələrinin ədliyyə nazirlərinin iştirakı ilə keçiriləcək konfransa qatılacaq

· Xəbərçi
Ədliyyə naziri Norveçə səfər edəcək

Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov iyunun 18-19-da Norveçin Tromso şəhərinə səfər edəcək. Səfərin məqsədi həmin şəhərdə keçiriləcək Avropa ölkələrinin ədliyyə nazirlərinin konfransında iştirak etməkdir.
Norveçin Azərbaycandakı səfirliyindən "ANS Press"ə məlumatı təsdiqləyərək bildiriblər ki, konfransın əsas müzakirə mövzusu zorakılığa qarşı birgə mübarizə olacaq.

Esmira Cavadova /ANS PRESS/


Şərhlər