Azərbaycanda seysmoloqların IV Beynəlxalq konfransı keçiriləcək. Bu barədə məlumat ANS PRESS-ə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Seysmoloji Xidmət Mərkəzini direktoru Qurban Yetirmişli verib. Onun sözlərinə görə, konfrans iyun ayının 1-3 tarixində olacaq. Konfransda Amerika Birləşmiş Ştatları, Rusiya, Bolqarıstan, Özbəkistan, Yunanıstan, Türkiyə, Gürcüstan və başqa ölkələrdən dəvət edilmiş seysmoloqlar iştirak edəcəklər. İclasda əsas müzakirə mövzusu Azərbaycan Respublikasının seysmikliyi və sairə məsələlər müzakirə mövzusu olacaq.
Kəmalə Məmmədova /ANS PRESS/