Bu gün Dövlət Sərhəd Xidmətinin hərbi hissələrindən birinin açılışı olub. Açılışda prezident, Ali baş komandan İlham Əliyev də iştirak edib. Prezident pnevmatik atış otağında yaradılan şəraitlə tanış olub, burda quraşdırılan müasir avadanlıqlara baxıb. Qeyd olunub ki, hərbi hissədə yaradılan müxtəlif atış otaqlarında şəxsi heyətin döyüş hazırlığı diqqət mərkəzində saxlanılır. Eyni şərait interaktiv atış otağında da yaradılıb. Burada da müasir silahlardan istifadə qaydaları tətbiq olunur.
Şəraitlə tanışlıqdan sonra dövlət başısı əsgərlərlə görüşüb. Atıcılıq tiri ilə tanışlıq zamanı prezidentlə məlumat verilib ki, burda müxtəlif məsafələrə atıcılıq üzrə zəruri şərait yaradılıb, 10 və 100 metr məsafələr üzrə atəş hazlırlığı yüksə səviyyədə təşkil olunub. Həm atıcılıq tirində, həm də digər atıcılıq yerlərində yaradılan şərait dünya standartlarına uyğun qurulub. Prezident hərbi hissədəki yeni texnikalara da baxıb. /ANS PRESS/