DİN Sulutəpədə söküntü zamanı baş verənlərlə bağlı məlumat yayıb
19 Aprel 2012 Cümə Axşamı 13:26
10 nəfər barəsində protokol tərtib olunduqdan sonra buraxılıblar.
Ötən gün Dövlət Neft Şirkətinin əməkdaşları tərəfindən, Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisindəki qanunsuz tikililər sökərkən sakinlərlə onlar arasında insident yaşanıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 200-250 nəfər qəsəbə sakini buna etiraz əlaməti olaraq şirkətin əməkdaşları Fəqan Yəhyanı, Hüseyn Əzəmini, Yalçın Məmmədovu, Rəşad Qədimovu, İlham Şahverdiyevi, Musa Abuzərovu və Aqşın Piriyevi döyərək onlara xəsarət yetiriblər. Bu zaman ərazidə çəkiliş aparan jurnalist İdrak Abbasov və sakin Camal Əliyev də xəsarət almışlar. İ.Abbasov və C.Əliyev xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.
Sakinlər Bakı-Şamaxı yolunun 13-cü km-də avtomobil yolunu bağlamağa cəhd göstəriblər. Cəhdin qarşısı alınıb, onlardan 10 nəfəri Binəqədi RPİ 40-cı PB-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsi ilə protokol tərtib olunduqdan sonra buraxılıblar.
DOSTLARINLA PAYLAŞ: