Dənizkənarı Milli Parkda ilin sonuna kimi 4-5 yeni karuselin də quraşdırılması nəzərdə tutulub. Məlumatı Bakı Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov verib. Parkda köhnə karusellərin yeniləri ilə əvəzləndiyini deyən rəis müavini 6 yeni karuseldən ikisinin («Karnaval»lar) Fransa istehsalı olduğunu bildirib. Bundan başqa, bulvarda abadlıq işləri aparılır və bu işlər ilin sonunadək davam edəcək.
/ANSPRESS/