«Dedovşina» faktı ilə bağlı təqsirləndirilən əsgərlər məhkəmədə son söz deyiblər
02 Mart 2009 Bazar Ertəsi 17:15
Hökm martın 5-də elan olunacaq

 

Bu gün Bakı Hərbi Məhkəməsində hakim Salman Hüseynovun sədrliyi ilə Müdafiə Nazirliyinin Ələtdə yerləşən hərbi hospitalında baş vermiş «dedovşina» faktı ilə bağlı təqsirləndirilən keçmiş əsgərlər son söz deyiblər. ANS PRESS-in məlumatına görə, təqsirləndirilənlərin hər biri peşman olduğunu və hökm çıxarılarkən yüngül cəza təyin edilməsini xahiş ediblər. Məhkəmə hökmü martın 5-də elan edəcək.
Qeyd edək ki, təqsirləndirilənlər Famil Qəniyev, Cavid Yusibov, Ramiz Cəfərov, Elxan Məmmədov və Adil Abbasov 2008-ci ilin fevral ayının sonlarında müalicə edildikləri hospitalda, ətraf palataların əsgərlərini öz otaqlarına çağıraraq, əylənmək məqsədi ilə onları bir-birlərini döyməyə məcbur ediblər. Onlar palatalardan 6 nəfər çağırıblar və bildiriblər ki, qalib gələn şəxs, onlarla birgə qalacaq. Onlara qarşı Azərbaycan Cinayət Məcəlləsinin 332.2.2 və 332.2.3 maddələri ilə (Tabelik münasibətlərində olmayan hərbi qulluqçuların arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) ittiham irəli sürülüb.

Anar Məmmədov/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar