Daxili İşlər Orqanlarında işləmək istəyənlər sabah imtahan verəcək
03 Mart 2012 Şənbə 11:17
66 nəfər hüquq, 54 nəfəri isə pedaqogika istiqamətində işləmək üçün imtahan sənəd verib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası martın 4-də Daxili İşlər Orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirir.

TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 120 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 66 nəfəri hüquq istiqaməti üzrə, 54 nəfəri isə pedaqogika istiqaməti üzrə sənəd verib.

İşə qəbul iki istiqamət – hüquq və pedaqogika istiqamətləri üzrə aparılır.
İmtahanda namizədlərə 100 sualdan ibarət test kitabçası təqdim olunacaq. Hüquq istiqaməti üzrə 80 sual qanunvericilik, 20 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən sahə üzrə olacaq.

Pedaqogika istiqaməti üzrə imtahanda 30 sual qanunvericilik, 30 sual pedaqogika, 20 sual yaş psixologiyası, 20 sual isə məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən sahə üzrə olacaq.
Sualları cavablandırmaq üçün namizədlərə 3 saat vaxt verilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir.

Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılırlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar