Ölkə

“Çudo Peçka”nın mağazalarından birinə bomba qoyulması barədə polisə anonim zəng daxil olub

Bakının Nəsimi rayonunun, 3-cü mikrorayon dairəsində yerləşən “Çudo Peçka” mağazasına partlayıcı qurğu yerləşdirilməsi barədə hüquq-mühafizə orqanlarına anonim zəng daxil olub.

· Xəbərçi
“Çudo Peçka”nın mağazalarından birinə bomba qoyulması barədə polisə anonim zəng daxil olub
APA-nın əldə etdiyi məlumata görə, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb ediliblər.

Mağazadan və ətrafdakı obyektlərdən insanlar evakuasiya olunub.

Aparılan axtarış tədbirləri nəticəsində məlkumat təsdiqini tapmayıb.

Polis anonim zəngin edildiyi ünvanı müəyyənləşdirmək üçün araşdırma aparır.

Şərhlər