Ölkə ərazisində əsən güclü külək cənub bölgəsinə ziyan vurub. Ən çox bölgənin enerji təsərrüfatı zərər çəkib. Dünən günorta saatlarından başlayaraq, Lerik rayonuna elektrik enerjisinin verilişi dayanıb. Güclü qasırğa hava xətlərində qəza vəziyyəti yaradıb, onlarla elekrik dirəyinin aşması nəticəsində elektrik naqilləri sıradan çıxıb. Lerikdə bir çox ictimai binaların dam örütüyü də ziyan çəkib. Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov ANSPRESS-ə bildirib ki, artıq qəzanın nəticələrinin aradan qaldırılmasına başlanılıb.
Lənkəran rayonunun da elektrik təsərrüfatına ziyan dəyib. Hazırda Lənkəranın 40 faizində, Masallı rayonunun 8, Astara rayonunun 10, Yardımlı rayonunun isə 16 kəndində işıq yoxdur. Təbii fəalakətin nəticələrinin aradan qaldırılması istiqamətində iş aparılır./ANS PRESS/