Cəlilabadda çiyələk emalı müəssisəsi yaradılacaq
11 Noyabr 2011 Cümə 16:52
Sahibkarlığa Kömək Milli Fondu Cəlilabad rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Cəlilabad rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, prioritet sahələrə intensiv üzümçülük, intensiv kartofçuluq (və ya kartof toxumçuluğu), müasir taxılçılıq və ya toxumçuluq təsərrüfatlarının, həmçinin kiçik və orta həcmli çiyələk emalı müəssisəsinin yaradılması daxildir.

Sahibkarlar yuxarıda qeyd olunan sahələr üzrə nümunəvi layihələrini Fonddan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, investisiya layihələrinin dəyərinin 100 faizədək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar