Bunları bilmək maraqlıdır
23 Mart 2009 Bazar Ertəsi 11:20
Televiziya ilə ilk hava proqnozu 11 noyabr 1936-cı ildə İngiltərədə verilib.1 damla neft 25 litr suyu yararsız hala salır.

* Televiziya ilə ilk hava proqnozu 11 noyabr 1936-cı ildə İngiltərədə verilib.
* 1 damla neft 25 litr suyu yararsız hala salır.
* Hər il Yer üzünə ildırımla 10 milyon ton azot gətirilir.
* Hər il Yer üzündə 50 mindən artıq zəlzələ baş verir.
* 18 fevral 1979-cu ildə Saxara səhrasına qar yağıb.
* Təxminən Yer kürəsinin 70% -i su ilə örtülüdür. Bundan yalnız 1%-i içməli su kimi yararlıdır.
* Dünya okeanının həcmi 328 000 000 kub milə bərabərdir.
* Orta ölçülü aysberqin çəkisi təxminən 20 millyon tondur.
* Ən böyük aysberq 1956-cı ildə qeydə alınıb. Onun uzunluğu 320 km, eni isə 96 km olub ki, bu da Belçikanın ərazisindən böyükdür.
* 1971-ci ildə Yaponiyanın İşiqaki adasında qeydə alınmış ən böyük dalğanın hündürlüyü 85 metrə çatırdı. /eco.gov/



DOSTLARINLA PAYLAŞ:

oyunlar