Bundan sonra yollarda gizli radarlar olmayacaq
09 May 2012 Çərşənbə 01:43
Prezident “Yol hərəkəti haqqında” qanuna dəyişiklikləri təsdiqlədi.
Azərbaycan prezidenti İlham Əliyev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanunu təsdiqləyib. ANS PRESS-in dövlət başçısının rəsmi internet saytına istinadən verdiyi məlumata görə, qanunda bir sıra əhəmiyyətli dəyişikliklər nəzərdə tutulur.
Ən önəmli dəyişiklik yollardakı radarlarla bağlıdır. “Yol hərəkəti haqqında” qanuna bununla bağlı hissə əlavə edilib. Qanunun 85-1-ci maddəsinə edilmiş əlavədə deyilir: “XIII. Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını pozduqda müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında ləngimələrin qarşısını almaq üçün müvafiq icra hakimiyyəti orqanının əməkdaşı dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünə yol verdiyi qayda pozuntusunu elan etdikdən və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını qeydə aldıqdan sonra sürücü barəsində inzibati xəta haqqında protokolu sonuncu dayanacaqda da tərtib edə bilər”.
Qeyd edək ki, indiyədək yollarda yolda radarın olması barədə yol nişanının quraşdırılması məcburi deyildi.
“Yol hərəkəti haqqında” qanunun 85-1-ci maddəyə də aşağıdakı məzmunda əlavə edilib: “XIII. Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını pozduqda müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında ləngimələrin qarşısını almaq üçün müvafiq icra hakimiyyəti orqanının əməkdaşı dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünə yol verdiyi qayda pozuntusunu elan etdikdən və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını qeydə aldıqdan sonra sürücü barəsində inzibati xəta haqqında protokolu sonuncu dayanacaqda da tərtib edə bilər”.
DOSTLARINLA PAYLAŞ: