Bulvarda uşaqlar üçün aksiya keçirildi
17 Dekabr 2011 Şənbə 15:04
15-yaşa kimi uşaqlar atraksionlardan pulsuz istifadə ediblər.
Bu gün Milli parkda yaşı 15-ə qədər olan uşaqlar üçün pulsuz atraksion aksiyası keçirilib. Uşaqlar səhər saat 09:00-dan günorta saat 13:00-a qədər atraksionlardan pulsuz istifadə ediblər.
Aksiyada hər uşağa bir atraksiondan yalnız 1 dəfə pulsuz istifadə etmək hüququ verilib. Məqsəd mümkün sıxlığın qarşısının alınması, hamı üçün bərabər şəraitin yaradılması olub.
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə, anoloji aksiya artıq 8-ci dəfədir ki keçirilir. Aksiyada xoşagəlməz halların qarşısını almaq üçün öncədən bilet paylanılıb.
Dənizkənarı Bulvar İdarəsi bu ay daha 2 belə aksiyanın keçirilməsini planlaşdırır. Onlardan biri dekabrın 24-nə təyin edilib.
DOSTLARINLA PAYLAŞ: